“Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib.
Məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.
“Koti” bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Qərarda yazılıb ki, 25 yaşlı Z.Zeynallı “this.koti” adlı səhifəsində əxlaqsız ifadələr, söyüşlər səsləndirib, 300 min nəfərə yaxın izləyicisi olan səhifə üzərindən cəmiyyətə qarşı açıqca hörmətsizlik edib. Bu hərəkətlər də sosial şəbəkələrdə kütləvi nümayiş etdirildiyi halda xırda xuliqanlıq hesab edilir.
“Koti” özü də məhkəmədə təqsirini etiraf edib. Deyib ki, çox aqressiv biri olduğu üçün onun barəsində mənfi fikirdə olanları elə sosial şəbəkə üzərindən təhqir edib. O, həmçinin İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə cəmiyyətə hörmətsizliklə bağlı yeni maddə əlavə edildiyini bilmədiyini deyib, bir daha bu cür hərəkətlər etməyəcəyinə söz verib.
Hakim onun geniş izləyici kütləsinin olmasını və nalayiq paylaşımları dəfələrlə təkrarlamasını əsas gətirərək 8 günlük həbs edilməsinə qərar verib. “Koti” məhkəmə zalından birbaşa saxlanılma məntəqəsinə aparılıb.
Qeyd edək ki, Z.Zeynallı bundan əvvəl dəfələrlə inzibati məsuliyyətə cəlb edilsə də, bu onun ilk həbsidir./Qafqazinfo.az/

Şərhlər
"Koti"ni 300 min nəfər izləyir??? Biz hara gedirik? Kim qadağa qoyacaq bu "kotil"ərə? Kim tənzimləyəcək "sosial" (???) "medianı"? Yoxsa "pis, kötü olduqca, daha yaxşıdır" siyasəti getdikcə daha çox inkişaf etdiriləcək? Bəlkə, bəsdir? Axı, plintusdan aşağı düşüb artıq dünyagörüşü səviyyəsi "cavan" nəsilin. Yaşlılar onlardan cavandır...