ABŞ ilə İran arasındakı hərbi gərginliyin pik nöqtəyə çatdığı bir vaxtda, ABŞ-də Nevada çölünün dərinliklərində yerləşən çox gizli hərbi bazalardan - "52-ci zona"ya yaxın ərazilərdə qeydə alınan zəlzələlər böyük narahatlıq doğurub.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatlarına görə, sözügedən bölgədə 100-dən çox yer sarsıntısı qeydə alınıb. Bu sarsıntıların bəzilərinin 4.9 bala qədər çatdığı və 180 mil uzaqdakı Las Veqas şəhərində belə hiss olunduğu bildirilib. Baza ABŞ ordusunun eksperimental hava vasitələri və qabaqcıl silah sistemləri üzərində işlədiyi məkan hesab olunur.

Qyed olunur ki, ekspertlər arasında iki əsas fikir var - biri bu sarsıntıların geoloji səbəblərlə, yeraltı tektonik hərəkətlərlə bağlı olduğunu irəli sürür. Digər tərəf isə bu zəlzələlərin yeraltı partlayış və ya hərbi sınaqla əlaqəli ola biləcəyini bildirir. Nüvə silahları və partlayıcı sınaqlarla bağlı yaranan hərəkətliliyin də oxşar olduğu qeyd edilir.

Bildirilir ki, Nevada Milli Təhlükəsizlik Sahəsi rəsmi nüvə testləri üçün aktiv olmasa da, ABŞ müdafiə proqramlarında istifadə edilir, acil cavab təlimləri və açıq hava sınaqları üçün əlverişli sayılır. Buna görə də, zəlzələlərin arxasında yeni silah texnologiyalarının sınağı ehtimalı da müzakirə olunur.

"AzPolitika.info"