ABŞ İrana Amerika qoşunlarını yerləşdirməyə doğru irəliləyir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Senatda İrandakı əməliyatla bağlı keçirilən qapalı brifinqdən sonra Demokrat senator Riçard Blumental jurnalistlərə açıqalmasında deyib. Bununla belə, o, müharibənin gedişatı ilə bağlı "cavablardan daha çox suallar olduğunu” qeyd edib.
"Mən bu brifinqi Senatda olduğum 15 il ərzində heç vaxt olmadığı qədər narazı və qəzəbli tərk etdim. Düşünürəm ki, məni ən çox narahat edən şey amerikalıların həyatına təhdiddir. Görünür, biz İranda Amerika qoşunlarının yerləşdirilməsi istiqamətində irəliləyirik", - senator bildirib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranda quru əməliyyatının mümkünlüyünü istisna etməyib. Amerika lideri deyib ki, İrandakı rejim ölkə üzərində nəzarəti saxlayarsa, ABŞ "quru qüvvələri göndərməyə" hazır olacaq.
Bundan əlavə, “Axios” dörd mənbəyə istinadla yazıb ki, Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarını "təhlükəsizləşdirmək" üçün ABŞ xüsusi təyinatlı qüvvələrini İrana göndərməyi düşünür.
“AzPolitika.info”

Şərhlər