ABŞ Mərkəzi Komandanlığı əməliyyatın 12-ci günündə Hörmüz boğazı yaxınlığında İrana məxsus 16 minadöşəyən gəminin məhv edildiyini açıqlayıb.

Qurumun rəsmi sosial media hesabında yayılan məlumatda bildirilib ki, ABŞ qüvvələri Hörmüz boğazı ətrafında İrana məxsus bir sıra hərbi gəmilərə zərbələr endirib. Əməliyyat nəticəsində 16 minadöşəyən gəmi sıradan çıxarılıb.

İran isə hücumlara cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ərazilərində müəyyən etdiyi hədəflərə zərbələr endirib.

İran rəsmilərinin məlumatına görə, ABŞ və İsrail hücumları nəticəsində ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei də daxil olmaqla çoxsaylı yüksək vəzifəli şəxslər həlak olub. Bildirilir ki, hücumlar zamanı ümumilikdə 1332 nəfər həyatını itirib.

"AzPolitika.info"