Menu

İran ABŞ-nin Beşinci Donanmasına zərbələr endirdi

11.03.2026, 15:21
İran ABŞ-nin Beşinci Donanmasına zərbələr endirdi

İran hərbi qüvvələri İraqda yerləşən ABŞ bazasına, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasına zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu bununla bağlı mətbuatda yayılmış məlumatları təsdiqləyib.

“Bu dalğa çərçivəsində ABŞ-nin Ərbildəki bazaları, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması, həmçinin Təl-Əvivin mərkəzində yerləşən “Xeybər-Şəkan”, “Qədr” raketləri, eləcə də ayrılan döyüş başlığına malik ağır “Xorrəmşəhr” və “Xeybər” raketləri vasitəsilə atəşə tutulub”, - məlumatda deyilir.

Pentaqon da Beşinci Donanmanın qərargahına hücum faktını təsdiqləyib. Dəymiş zərər təxminən 200 milyon dollar olaraq qiymətləndirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol