ABŞ, İsrail və İran arasında 14 gündür davam edən müharibə anime formatında təsvir edilib. 

“Xamenei geri döndü” adlı anime layihəsində Ayətullah Əli Xameneinin öldürülməsi ilə başlayan və Müctəba Xameneinin hakimiyyəti ələ alaraq böyük qisas hücumu başlatması ilə davam edən ssenari təqdim olunur.

Müharibənin anime versiyası sosial mediada yayımlanaraq geniş müzakirələrə səbəb olub. Animedə hadisələr İranın ali dini lideri Ayətullah Əli Xameneinin ABŞ və İsrailin hücumu nəticəsində öldürülməsi ilə başlayır. Növbəti səhnədə yüksək rütbəli bir generalın əməliyyatın tamamlandığını bildirərək ABŞ Prezidenti Donald Trampa məlumat verdiyi göstərilir.

Süjetin davamında İranın yeni lideri kimi təqdim olunan Müctəba Xamenei səhnəyə çıxır. Animedə onun atasının ölümündən sonra atasına məxsus üzüyü və İran bayrağını qəbul etdiyi, bununla da liderliyi üzərinə götürdüyü təsvir edilir.

Videonun son hissəsində Müctəba Xameneinin əmri ilə genişmiqyaslı əks-hücumun başladığı göstərilir. Ssenari İran tərəfindən raketlərin buraxılması səhnələri ilə yekunlaşır.

"AzPolitika.info"