"Dəyəri heç 20 manat olmayam mala 50 manat qiymət qoyub sonra da ŞOK endirim elan edib, onu 35-40 manata satmaq, endirim yox, alıcıları aldatmaqdır"
“İindi dükan-bazarlarda qiymətlər əhalinin xeyli hssəsinin gəlirləri ilə müqayisədə o qədər yüksəkdir ki, belə bahalıq əhalinin aztəminatlı təbqələrinin normal bayram süfrəsi açmasını mümkünsüz edir”.
“AzPolitika” bildirir ki, bunu iqtisadçı millət vəkili Əli Məsimli bayramqabağı durumu şərh edərkən deyib.
Onun qeydlərini təqdim edirik: “Rəsmi statistikaya görə, Azərbaycanda əhalinin gəlirlərinin yarıya qədəri ərzaq məhsullarının alınmasına xərclənir. Bu, birbaşa həyat səviyyəsinin və xərclər strukturunun göstəricisidir. Əslində, əhalinin xeyli hissəsinin, xüsusən də aztəminatlı təbəqəsinin gəlirlərinin daha çox hissəsi ərzağa sərf olunur. Belə bir şəraitdə bayramqabağı qiymətlərin artması əhalinin xeyli hisssinə əlavə maliyyə yükü yaradır. Bəzən bayramqabağı qiymətlərin artırılması bazar iqtisadiyyatının qanunauyğunluğu kimi göstərilir və hesab edirlər ki, belə də olmalıdır. Bəli, tələb-təklif qanununa görə, tələb təklifi üstələyəndə, qiymətlər artır, təklif tələbdən çox olanda isə qiymətlər aşağı düşür. Bu, iqtsadiyyata aid bütün dərsliklərdən məlum olan sadə bir həqiqətdir. Amma bununla bağlı elə nüanslar da var ki, onları da nəzərə əlmaq faydalı olar. Belə ki, bazar iqtisadiyytının nümunəvi ölkələri daxil olmaqla, bir sıra ölkələrdə bayramqabağı qiymət endirimlərinin edilməsi artıq ənənə halını alıb. Belə ölkələrdə bayramqabağı qiymət endirimləri edən malsatanlar bundan uduzmurlar, əksinə daha çox müştəri qazanıb daha çox mal satır və dövriyyəni genişləndirməklə daha çox qazanırlar. Məsələn, hansısa mal və məhsulun bir vahidini 1 manata satan - dövriyyədən 100 manat qazanırsa, malın qiymtinin 70-80 qəpiyə endirəndə, artan tələb şəraitində 200 vahid satıb 140-160 manat qazana bilirlər. Bunun fonunda qiyməti qaldıranlar isə mallarını əvvəlki qədər sata bilmir və uğuzsuz vəziyyətə düşürlər. Bizdə isə bayramqabağı bayram süfrəsi üçün zəruri olan mal və məhsullara tələbat artdığından, dövriyyədən daha çox qazanmağa yox, qiymətləri artırıb, fürsətdən yararlanmağa üstünlük verilir. Belə şəraitdə əhalinin atəminatlı təbəqəsi normal bayram süfrəsi aça bilmir.
Bununla belə bizdə də bayramqabağı endirimlər də edilir. Onun bir hissəsi həqiqətən real endirmdir və bu sahədə dürüst yol tutanların fəaliyyəti təqdirəlayiqdir. Amma endirimlərin xeyli hissəsi manipulyasiya xarakteri daşıyır. Məsələn, dəyəri heç 20 manat olmayam mala 50 manat qiymət qoyub sonra da ŞOK endirim elan edib, onu 35-40 manata satmaq, endirim yox, alıcıları aldatmaqdır.
Qaldırdığımız bu məsələ, yəni bayramqabağı qiymət artımından yox, dövriyyədən qazanmaq alıcıya da, satıcıya da daha sərfəlidir. Ona görə də bu məsələni daim gündəmdə saxlamaqla bizdə də bayramqabağı həqiqi qiymət endirimlərinin ənənə xarakteri almasına nail olmaq lazımdır ki, bundan həm malsatanlar qazansın, həm də qiymətlər əhalinin aztminatlı təbəqəsi üçün də əlçatan olsun və onların da bayram süfrəsi açması imkanları genişlənsin”.
“AzPolitika.info”

Şərhlər
Gəlir%% vergisini təcili azaltmaq lazımdır 1000man qədər 10%,1000-2500qədər 12%,2500-3500qədər 13%olmalidir.minumum əmək haqqından gəlir vergisi tutulmamalidir Bu nazirlər marketlərə girirlərmi qiymətlərdən xəbərləri varmi
Axı bu cür xalqı yaşatmaq olmaz! Xalq təkcə seçilmiş maaşları 4-5 dəfə qaldırılmış məmurlardan ibarət deyil ki.
....dəvə dəlləklik eylər köhnə hamam icində.
Darixmayin bele baxalasmalar kedir bir gun milletin galxib ilxamin ustune cumacaxini kosterir bahalasmalara gore insallax.
Ölkə əv xalq niyə bu günə salınıb?Bu antixalq rejim nə zaman bitəcək?
Allâh sizi biyabır eləsin,papaq atan uşaq da bilir ki,hansı qapı imkansızdır!!!!
Həkimlərin, müəllimlərin,elece de digər sahələrdə çalışan işçilərin maaşları ilə deputatların, vəzifəli şəxslərin maaşları arasında fərqə baxın...daha sözüm yoxdur..
Neftçilərə, hansı ki, ağır meden işi görerek neftin çıxarılması prosesini icra eden fehlelere bayram pulu100 Azn odenilib... maaş neinki ev almaga, hətta sağlam yaşamağa bele çatmır..
Nazirlerin deputatların maaşını qaldırın, onlar yaxşi bayram elesin xalqdan zerel yoxdur xalq ayda 400 manat maaşa gece gündüz işlese de olar ac yatsa da olar kirelerde çöllerde daxmada yaşasada olar sürüm sürüm sürünsede eybi yoxdur esas odur ki siz villalarda yaşayin bahali maşınlar mülkler alin lüks heyatlar yaşayin.
Biz kasıblar onsuzda hərşeydən məhrumuq
Qiymətlər Avropadan yüksək olduğunu anlamayan,amma xalqa Banqladeş maaş verən hökumətin düşüncə kasıblığı heyrət doğurur.
Hakimiyyəti xalqın yaşamı,bahaçılıqın süni yaradıılması və onu yaradanlar,ölkədə yaşam çətinlyini yaradan ətrafına topladığı məmirların özbaşınalıqları maraqlandırmır.Ona görə xalq təminatsız və zülümlə yaşayır nə ölkədə bayram əhval ruhiyyəsi hiss olunmur.
Əhalini dilənçi hesab etməyin.Aərbaycan xalqı ağıllı.işlək və mərd xalqdır.Ölkəmizin isə yerin altıvə üstü sərvətdir..Sadəcəbu sərvətlər talanır.xalqdan gizlədilir.Yoxsa Aərbaycanda əhali Katardan da yaxşı həyat yaşaya bilərdi. Xalqdan olmayan. xalqı saymayan.hesablaşmayan hakimiyyət milləti dilənçi həyatıya şamağaməcbur edib. Şəhərdə. küçələrdə, həyətərdə bayram havası görə bilirmisiniz?Bunun nə demək olduğun anlamaqda fayda var..
Bu gün insanların rifah halının dövlətin heç......deyil.Baxin bütün sərhədlər bağlıdır mal gətirənlər ancaq dövlət məmurları dur.Əlbətdə onlara daha şərəflidir sərhədlərin bağlanması
80% xaricdən asılı olan dövlət niye sərhədləri bağlı saxlayır?
Məsələ məlumdur
Bayram keçirdən bilmirik ox baxalığdı. Belə necə dolanmağa olar. Mən uşağlar ın isdədiyiz heşnə ala bilmirəm. Çətindi. 3 uşağ böyüdürəm. Amma həqiqi çətindir.
Rayonlarda əhali bayram süfrəsi aça bilməkdə çox çətinlik çəkir.Əvvəllər qoz dındıqa kilolarla əhali. İndi hərəsindən 100-200 qram almağa çalışır.Çox sıxıntı çəkir xalq,əhali.1000-2000 insanın yüksək səviyyədə yaşaması,bahalı maşınlarda gəzib restoranlarda yemək yeməsi bütöv xalq demək.deyil.İşsizliiyin baş.alıb getdiyi,komunal zərclərin,cərimələrin hər gün,hıər saat artıb tüğyan bu ölkədə yaşamaq dözülməz həddə çatıbdır.
Nə bayram insanlar dərd qəm içərisəndirlər. Şəxsən mən gülə bilmirəm. Gülən ancaq milliyəti bilinməyən talançı məmurlardı
Hökumət xaqını adam kimi yaşatmağı düşünməlidir(Azərbaycanın buna hər türlü imkanı olduğunu unutmaq olmaz) və heç olmasa buna çalışmalıdır.Bir kilo ulna insan yaşamır vəbu heç bayrama da dəxli yoxdur.İnsanlarda bayram əhval ruhiyyəsi ilə yaratmağı, ...
Dəyəri heç 20 manat olmayam mala 50 manat qiymət qoyub sonra da ŞOK endirim elan edib, onu 35-40 manata satmaq, endirim yox, alıcıları aldatmaqdır
Xəcaləti Siz niyə çəkirsiniz.Qoy xəcaləti əhalini bu hala salan məmurlar çəksin.
Azərbaycanda əhalinin 85-90 faizi az təminatlvəpensiyaçılardır.Qalan 10-15 faizi qarışıq milli vəzifələrdə rüşvət alanar,deputatlardır.Hakimiyyəti 85 faizin həyatı maraqlandırmır.əksinə qanunlarla.cərimələrlə.haqsızlıqlarla onların olan-qalanını da əllərindən alır.Sanki Gestapo rejimində yaşamağa məcbur edilmişlər.
Bu bayram günlərində kasıb ailələri nəzərə alıb hökumət onlara 1 kq düyü, qənd,çay və sairə paylaya bilməzdimi? Bu da onların bayram süfrəsi açmasına komək olardı.
Bayram etməyə pul yoxdur. Papaq atan uşaqlara da qaqpı aça bilmirik. Xəcalət çəkirik