Menu

Ukrayna Rusiyanı cəzalandırır – Ən böyük neft terminalı yanır + VİDEO

25.03.2026, 10:12
Ukrayna Rusiyanı cəzalandırır – Ən böyük neft terminalı yanır + VİDEO

Ukrayna Rusiyanın dünya bazarında neftin bahalaşmasından qazanc əldə etməsini əngəlləmək üçün əlindən gələni edir. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bu gecə ərzində Ukrayna Rusiya bölgələrinə təxminən 400 PUA ilə hücum edib. Monitorinq resurslarına görə, Rusiyanın ən böyük neft terminalı olan Ust-Luqa limanı hazırda yanır. Rusiya məhz bu limandan xarici bazarlara özünün ən çox neft məhsullarını tədarük edir.

Eləcə də Leninqrad vilayətinin Vıborq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) ofisindən cəmi 30 metr aralıda yerləşən binaya zərbə endirilib. Hadisə yerində böyük yanğın baş verib.

“AzPolitika.info”




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol