ABŞ-nin quru əməliyyatı keçirəcəyi təqdirdə, cavab tədbirləri üçün bir milyondan çox İran döyüşçüsü səfərbər edilib.
Bu barədə "Tasnim" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
"ABŞ-nin İran ərazisində quru əməliyyatına başlaya biləcəyi ilə bağlı fərziyyələrin artması ilə əlaqədar İran döyüşçüləri arasında amerikalılar üçün İran torpağında tarixi cəhənnəm yaratmaq üçün həvəs dalğası böyüyür", - məlumatda bildirilib.
Mənbə qeyd edib ki, son günlər İran gəncləri tərəfindən də ABŞ və İsrailə qarşı cavab hərbi əməliyyatlarında iştirak etməyə kütləvi maraq müşahidə olunur.
"ABŞ intihar və özünü məhvetmə taktikalarının köməyi ilə Hörmüz boğazını açmaq istəyi. Bu, normaldır. Biz həm onların intihar strategiyasının həyata keçirilməsinə, həm də boğazın bağlı qalmasına hazırıq", - hərbi mənbə əlavə edib.(report)

Şərhlər
ABŞ əgər həqiqətən də İrana ordu yeritsə, 10 illərlə Əfqanstanda düşdüyü bataqlığa düşmüş deməkdir. O millət ki, ölümü şəhadət sanır, cənnətə düşdü sanır, o milleti quruda, dağda daşda enmek mümkün deyil. Olaki də 85 milyonluq bir millətdən söhbət gedə. O millət ki, qadınlı kişili artıq düşmənə qarşı bir yumuruq kimi birləşib və hər biri də ölməyə hazırdı və Trampda bunu görmürsə, demək Tramp doğurdan da papazlıqdı. Hərçənd ki, Papazların duası da birinci oxunuşda işə yaramadı. Demək ki, Tramp bu bir aya yaxın İranda sərt qayaya çarpdığının hayla da farkında deyil. Hansı ki bu çarpmanı öz əməkli generelları belə deyir.