Quliyeva Gülnarə Şahmurad qızı boyun nahiyəsində ağır irinli iltihabi proses səbəbilə həyati risklə üz-üzədir.
Bu barədə onun ailə üzvlərinin saytımıza müraciətində bildirilir.
Qeyd olunur ki, həkimlərin rəyinə əsasən irinli ocaqların yayılmasının qarşısını almaq üçün təcili drenaj əməliyyatı olunmalıdır.
"Bu əməliyyat həyati vacibdir və gecikdirilməsi çox ciddi fəsadlara səbəb ola bilər. Həyat yoldaşı vəfat edən və 3 qız anası olan Gülnarə Quliyevanın ailəsinin əməliyyat və müalicə xərclərini qarşılamaq imkanı yoxdur. Bu çətin vəziyyətdə xeyirxah insanların dəstəyinə ehtiyacımız var", - deyə müraciətdə bildirilir.
Ailə imkanı olan hər kəsdən kömək etməyi xahiş edir: "Sizin kiçik dəstəyiniz bir ananın həyatda qalmasına səbəb ola bilər. Öncədən hər kəsə təşəkkür edirik".
Kart nömrəsi: 4169738810539282
Əlaqə nömrəsi: +994 55 458 75 70 (Rühəngiz, qızı)



Şərhlər
Qonwumdu xaiw edirik bütün qonwular adından Allaha xatir elinizden gelen komekliyi edin
Neft az qala 125 dolları keçib amma əhaliyə nə xeyri,sonrada hansısa ədalətdən dəm vururlar!
Niyə xalqın vəziyyəti.güzəranı ilə maraqlanılmır? Səhiyyəni pulsuz etmək ıniyə ağıllarına gəmir?Axı millət pullu xidmətə keçirdiyiniz səhiyyə müəssisələrinə müraciət etmək imkanına malik olmaz durumdadır.Xaqın sağlalğının qeydinə kim qalmalıdır?
Xalqın malını yeyib,oğurlayıb ,mənimsəyb xaricə daşıyan məmurlar heç xəcalət hissi keçirir? Utanırlar?
Komek edin anamdi, her birinizden komek gozleyirem cox sağ olun
Azərbaycan əhalisini pusuz tbbi xidmətlə təmin etmək çətin məsələdir? Ölkənin nefti,qazı,qızılı,pambığı,digər faydalı qazıntıları,vergilər.büdcə kimlərə xidmət edir?Niyə səhiyyəmiz xalqa sahib çxmır?