İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan Taylanda aid konteyner gəmisini vurub.
“AzPolitika” xəbər verir ki, bu barədə görüntülər dünya mediasında və sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) bu cür cəhdlərin qarşısının bundan sonra da alınacağını bildirib.
“Al-Jazeera”-nin məlumatına görə, Hörmüz Boğazı gərginliyin artması səbəbindən praktiki olaraq bağlanıb.
Bu, qlobal ticarət və enerji bazarlarında ciddi rezonans doğurub.
Boğazın bağlanması ilə enerji qiymətləri kəskin artıb. Neft bazarında qeyri‑sabitlik nəticəsində “Brent” markalı neft qiymətləri yüksəlib.
“AzPolitika.info”

Şərhlər
Türk-azəri mübaliğəsində deyildiyi kimi: Bu dəkkədə, yəni Yer kürəvi dolaşıq hərbi-qarşıdurma Tayland Konteyner gəmisi təhlükəyə ehtiyatlanmadan-haradan haraya üzürmüş?