İran mediası ABŞ-nin sülh təklifinin rədd edilməsi fonunda yeni animasiya yayımlayıb.
Yayılan görüntülərdə İran tərəfinin bölgədə mümkün hərbi ssenariləri təsvir etdiyi görünür.
Animasiyada Yaxın Şərq ərazisində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirildiyi, xüsusilə “Xürrəmşəhr” tipli raketlərdən istifadə olunduğu göstərilir. Kadrlarda həmçinin ABŞ əsgərlərinin həlak olduğu səhnələr yer alır.
Görüntülərdə Donal Tramp və J. D. Vens arasında müzakirə edilən məsələlərə işarə olunduğu, eyni zamanda İsrail ərazisinə də zərbələrin təsvir edildiyi diqqətə çatdırılır.
Sözügedən görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və böyük marağa səbbə olub.
"AzPolitika.info"

Şərhlər