"01-03 apreldə Elm Günü ilə əlaqədar UNEC üç gün ərzində - ELM GÜNLƏRİ keçirəcək və müxtəlif elmi tədbirlərə ev sahibliyi edəcək".

"AzPolitika" xəbər verir ki, bu barədə  Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in rektoru, professor Ədalət Muradov sosial media hesabında məlumat verib.

Rektor Elm Günləri keçirəcək müxtəlif elmi tədbirlərin proqramını da paylaşıb:

"I. Rəsmi açılışdan sonra üç fərqli mövzularda plenar müzakirə aparacağıq:

1.1. "Prezident İlham Əliyevin dil siyasəti: Azərbaycan dili milli kimliyin, elmi düşüncənin və müasir inkişafın əsas dayağı kimi",

1.2. "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası",

1.3. “Süni intellekt dövründə elm və təhsil: transformasiya və səmərəli strategiyalar".

II. Üç kitabın təqdimatını keçirəcəyik:2.1. “Qərbi Azərbaycan Rəssamları",2.2. “Bir Elin Manifesti (Qərbi Azərbaycan hekayələri)",2.3. UNEC-in gənc aliminin ABŞ-da nəşr olunan SCOPUS indeksli “Economic Activities during the Occupation of Karabakh – A Case Study (1992–2020): Decades of Property Exploitation in an Occupied Economy".III. Üç fərqli istiqamətlərdə fikir mübadiləsi aparacağıq:3.1. “UNEC-də Elmmetrik Təhlil: Mövcud vəziyyət və inkişaf perspektivləri”,3.2. "2025-ci ilin Nobel mükafatçıları",3.3 "UNEC Elmi Jurnalları: növbəti addımlar".

Habelə, səmərəli elmi fəaliyyəti ilə fərqlənən UNEC əməkdaşları və struktur bölmələrini müxtəlif nominasiyalar üzrə təltif edəcək və UNEC “Scistorm” – İntellektual yarış keçirəcəyik".