Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununu keçirib.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent Lüsiya ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib - 6:1.
Komandanın qollarını 2-ci dəqiqədə Emin Mahmudov (p), 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.
Qonaqlardan Filip Donavan (p) 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Şərhlər
Hər necədirsə yenə də təbrik edirik. Yığmanın statistikası üçün cəlbedicidir. Baxmaq lazımdır bu ölkədən başqa harada okianın ortasında belə öl keyf eləyək. Eybi yox yol pulunu ölkəmiz verər. Təki qələbə olsun....kə varsa komandasını sürüyüb gətirək qapısına 5-10 qol vurub
Sent lusiya qəttəzə dövlətdir. Ərazisi 617 kv kilometrdir. Yəni bizim Şəmkir rayonunda 3 dəfə kiçik... Bu dövlətin ordusu da yoxdur çünki ordunu saxlamağa pulu yoxdur.Futbolçuların gördüyünüz kimi formasında adları yox idi. Çünki mağazadan alıb geyinmişdilər. Bizimkilər də qələbə naminə harda yetim gedir var tapıb gətirirlər ki, qol vurub rekord qırsınlar