Menu

Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - VİDEO

27.03.2026, 21:14
Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - VİDEO

Paytaxtda müşahidə olunan intensiv yağışlar Sabunçuda növbəti dəfə ciddi fəsadlara yol açıb.

“Baku TV” xəbər verir ki, yağıntılar nəticəsində Sabunçu dəmiryol vağzalının ərazisi və ətraf yollar tamamilə su altında qalıb.

Görüntülərdən aydın olur ki, onlarla avtomobil yarıya qədər suya batıb, bəzi nəqliyyat vasitələri isə ərazidən evakuatorlar vasitəsilə çıxarılır. Kanalizasiya sisteminin yağıntı sularını ötürə bilməməsi səbəbindən yollarda “fontan”lar yaranıb, ərazidəki ticarət obyektləri fəaliyyətini dayandırıb.

Sakinlər və sərnişinlər subasma səbəbindən hərəkət edə bilmədikləri üçün vağzalın pilləkənlərinə sığınmaq məcburiyyətində qalıblar.

Məlumata görə, hər güclü yağış zamanı vağzal və bazar ətrafında analoji acınacaqlı vəziyyət təkrarlanır. O da vurğulanıb ki, sözügedən hal dəfələrlə baş versə də, aidiyyəti qurumların müəyyən bəyanatlarına baxmayaraq, vəziyyət eyni olaraq qalır.

Daha ətraflı videomaterialda:


Şərhlər

Rr 2026-03-28 10:03:55

Nece ildiye beledi,eyni yerleri su basir. Oturannarsa yerinde oturub , he Eldar mellim ? Yene normadan artiq yaqib ?

Mirzə 2026-03-27 23:42:55

Yağış yağanda Bakının küçələrində problemlərin yaranmasında dpenaj sistemin olmamasıdırsa, digəri kommunal xidməti işçilərinin küçəni süpürərkən zir-zibili drenaj çuxurlarına doldurmalarıdır.

Bəbir 2026-03-27 22:00:50

Naşükürlük vallahi. Distillə olunmuş havayı su, havayı təbii moyka... Heç moykalarda maşının bütün dəlmədeşiyini belə yuya bilmirlər.. Daha bu adamlar nə istəyir bilmirəm. Bax elə buna görə də Allah bərəkətimizi kəsir də...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol