Menu

"ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır..." - Bəqai AÇIQLADI

29.03.2026, 00:24
"ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır..." -  Bəqai AÇIQLADI

"Ölkəmizin elmi təməlini və mədəni irsini iflic etmək istəyirlər"

İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.

"İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin İran xalqına qarşı müharibəsinin son 30 günü ərzində qəsdən hücuma məruz qalan bir çox ali məktəb və tədqiqat mərkəzlərindən sadəcə ikisidir",- XİN-in sözçüsü bildirib.

İ. Bəqainin sözlərinə görə, ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır: "Universitetləri, tədqiqat mərkəzlərini, tarixi abidələri və görkəmli alimləri sistemli şəkildə hədəfə alaraq ölkəmizin elmi təməlini və mədəni irsini iflic etmək istəyirlər".

Şərhlər

Behrəddin, BMT Baş Assambleyi 2026-03-29 14:06:35

*E.reytor* A.Hitler SS partisi və Hərbi-texniki zoru ilə avropa və dünya ölkələrini *üstün zəkalı idarə* tabesinə (*Alman* nasizminə) savaşdı? SSçilərin və Adolfun nəyinə gərəkdi digər dövlətlər (ailə-vətəndaşlar) necə yaşayırlar? Üstün zəkalı Cəmiyyətin əbədi ədalət-nisbi adekvat-bərabərli fopmulunu ədalət haqqı deyil *Qara Kabus* kimi qəbul edəcəklərini Müəllif K.Marks bildirmişdi? Üstün Güclü ABŞ və Yüksək Zəkalı Təl-evev çəkilib, öz sərhədləri daxilində çalışmırlar? dünyəvi suala çevrilib!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol