Menu

TRAMP İRANLA BAĞLI ƏSL NİYYƏTİNİ AÇIQLADI - "Düzünü desəm, mən..."

30.03.2026, 22:13
TRAMP İRANLA BAĞLI ƏSL NİYYƏTİNİ AÇIQLADI -  "Düzünü desəm, mən..."

ABŞ Prezidenti Donald Tramp İrana təcavüzlə bağlı əslk niyyətini açıqlayıb. 

"AzPolitika"-nın məlumatına görə, o, "Financial Times" qəzetinə bildirib ki, Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirmək istəyir.

"Düzünü desəm, mən İranın neftinə nəzarəti ələ keçirmək istərdim", - o qeyd edib.

Tramp əlavə edib ki, ABŞ daxilindəki tənqidlərə baxmayaraq, bu mövqeyi haqlı hesab edir.

Daha əvvəl, martın 26d-a keçirilən Nazirlər Kabinetinin iclasında o, həmçinin İran neftinə nəzarətin yaradılmasının mümkün addım kimi nəzərdən keçirildiyini bildirmişdi.

"Bu, variantdır", - deyə ABŞ Prezidenti vurğulayıb.

Ancaq İranın müqaviməti Trampın arzusunu hələlik gözündə qoyub. 

"Azpolitika.info"

Şərhlər

sadiq 2026-04-01 17:57:53

bu quldurluqdur

Qılman 2026-03-30 21:45:25

Bu necə demokratik ölkədir ki, başqa dövlətlərın sərvətini talamaq istəyir. Bəs, ölkənin vətəndaşlarının mövqeyi necədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol