Menu

BİR MƏNZİL ÜÇÜN 16 İLLİK GƏLİR ... - Bakı dünyanın bahalı şəhərləri sırasında neçəncidir? + SİYAHI

16.10.2026, 09:01
BİR MƏNZİL ÜÇÜN 16 İLLİK GƏLİR ... - Bakı dünyanın bahalı şəhərləri sırasında neçəncidir? + SİYAHI

Dünyanın müxtəlif şəhərlərində yaşayış xərcləri, mənzil qiymətləri və əhalinin alıcılıq qabiliyyəti arasında ciddi fərqlər var. Bəzi şəhərlərdə gündəlik xərclər yüksək olduğu halda, digərlərində əsas problem mənzil qiymətlərinin gəlirlərlə müqayisədə əlçatmaz olmasıdır.

“AzPolitika” xəbər verir ki, beynəlxalq göstəricilərdə Bakı gündəlik yaşayış xərclərinin səviyyəsinə görə dünyanın ən bahalı şəhərləri sırasında olmasa da, mənzil qiymətlərinin ailə gəlirlərinə nisbəti baxımından diqqətçəkən mövqeyə sahibdir.

Belə ki, Bakıda yaşayış dəyəri indeksi 33,7 təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Dubayda 62,4, Moskvada 50,7, İstanbulda 46,3, İrəvanda 46,0, Ankarada 42,7, Almatıda 42,3, Tbilisidə 39,2, Daşkənddə 31,7, Tehranda isə 23,0-dır.

Digər tərəfdən, Bakıda orta mənzilin qiyməti ailənin orta illik gəlirinin 16,3 mislinə bərabərdir. Bu göstərici mənzil əldə etməyin gəlirlərlə müqayisədə nə dərəcədə çətin olduğunu göstərir. Məsələn, Moskvada bu nisbət 21,4, İrəvanda 18,5, Tbilisidə 14,8, İstanbulda 9,5, Ankarada isə 6,7-dir.

Dünyada yaşayış dəyəri indeksi ən yüksək olan 50 şəhər isə belədir:

  • Sürix, İsveçrə – 121,7
  • Corc Taun, Kayman adaları – 117,9
  • Bazel, İsveçrə – 109,7
  • Cenevrə, İsveçrə – 108,2
  • Bern, İsveçrə – 106,7
  • Honolulu, ABŞ – 106,5
  • Sent-Qallen, İsveçrə – 106,4
  • Lüsern, İsveçrə – 106,3
  • Luqano, İsveçrə – 106,2
  • Lozanna, İsveçrə – 105,6
  • Reykyavik, İslandiya – 104,8
  • Təl-Əviv-Yaffa, İsrail – 101,9
  • Nyu-York, ABŞ – 100
  • Oslo, Norveç – 95,7
  • Bergen, Norveç – 94,8
  • Stavanger, Norveç – 92,1
  • Vaşinqton, ABŞ – 92
  • Sinqapur – 92
  • San-Fransisko, ABŞ – 91,9
  • Sietl, ABŞ – 91,5
  • Sent-Helier, Cersi adası – 90,5
  • Boston, ABŞ – 90,4
  • Trondheym, Norveç – 90,4
  • Qüds, İsrail – 90,1
  • Oklend, ABŞ – 89,4
  • Kopenhagen, Danimarka – 89
  • Ankoric, ABŞ – 88,7
  • San-Xose, ABŞ – 87,4
  • London, Böyük Britaniya – 87
  • Los-Anceles, ABŞ – 86,6
  • Portlend, ABŞ – 85,7
  • Hayfa, İsrail – 85,3
  • Mayami, ABŞ – 84,6
  • San-Dieqo, ABŞ – 84,3
  • Sidney, Avstraliya – 83,6
  • Çarlston, ABŞ – 83,2
  • Cersi-Siti, ABŞ – 82,5
  • Kanberra, Avstraliya – 81,4
  • Lüksemburq şəhəri, Lüksemburq – 80,8
  • Amsterdam, Niderland – 80,8
  • Orhus, Danimarka – 80,8
  • Arlinqton, ABŞ – 80,7
  • Melburn, Avstraliya – 80
  • Fort-Loderdeyl, ABŞ – 79,9
  • Sakramento, ABŞ – 79,6
  • Honkonq – 79,6
  • Olborq, Danimarka – 79,5
  • Filadelfiya, ABŞ – 79,4
  • Atlanta, ABŞ – 79,1
  • Uinston-Seylem, ABŞ – 78,8

E. Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol