Menu

Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var + Video

16.10.2026, 09:48
Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var + Video

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

“AzPolitika” “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.

Nəticədə “Isuzu” markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Cabbarov Taleh hadisə yerindəcə həyatını itirib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol