Yasamal rayonu, Bünyad Sərdarov küçəsində yol qəzalı vəziyyətə düşüb və nəqliyyatın gediş-gəlişi üçün çətinlik yaranıb.
“AzPolitika” "Qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı görüntüləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, hər gün istifadə etdiyi həmin yolda nəqliyyatən sıxlığı müşahidə olunur.
Sakinlərin sözlərinə görə, sözügedən ərazidə yol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bağlanıb.
Məsələ ilə bağlı ADSEA-dan bildirildi ki, sözügedən ünvanda MTK-ya verilmiş texniki şərt əsasında su və kanalizasiya xətlərinin çəkilməsi istiqamətində işlər görülür:
“Ərazidə təhlükəsizlik tədbirləri görülüb, çəpərləmə və mühafizə baryerləri quraşdırılıb. İşlər başa çatdıqdan sonra asfalt örtüyünün bərpası ilə bağlı aidiyyəti üzrə müraciət ediləcək”.


Şərhlər