Menu

Toy və yaslardakı dəbdəbə tarixə qovuşa bilər - İKİ MÜHÜM TƏKLİF

13.10.2026, 16:16
Toy və yaslardakı dəbdəbə tarixə qovuşa bilər - İKİ MÜHÜM TƏKLİF

Azərbaycanda keçirilən dəbdəbəli toy mərasimləri və bu tədbirlərə çəkilən yüksək xərclər cəmiyyətdə ciddi müzakirə olunur. Xüsusilə, yüzlərlə qonağın dəvət olunduğu, böyük məbləğlərin xərcləndiyi toylar cəmiyyəti sosial bərabərsizliyə və ayrı-seçkiliyə sürükləyir. Eləcə də yas mərasimləri haqda da eyni sözləri demək mümkündür. Hərçənd dinimiz bu cür halları bəyənmir və israf sayır. 

Belə olan halda toy və yas mərasimlərində qonaq sayına xüsusi limit tətbiq oluna və dəbdəbə yığışdırıla bilərmi?

Mövzunu "Azpolitika"ya şərh edən sosioloq Mail Yaqub bildirib ki, toy və yas mərasimlərinin yersiz dəbdəbəsi uzun illərdir Azərbaycanda müzakirə mövzusudur:

"Bu, gəliri az olan orta təbəqəni çox incidən bir mövzudur. Həm toydakı, həm yasdakı dəbdəbənin qarşısını iki yolla almaq mümkündür. Birincisi, dövlət bu barədə qərar qəbul etməli, ciddi nəzarət mexanizmləri hazırlanmalıdır. Bu halda gənclərin evlənməsinə də münbit şərait yaranacaq. Çünki toyların dəbdəbəli keçməsi gənclərin nikaha girməsinin qarşısını alır. Hazırda toyların sayı azalmağa doğru gedir. İkincisi bu məsələlərlə bağlı geniş təbliğat işləri aparılmalıdır. Psixoloqlar, əxalq müəllimləri və ziyalılar bu mövzularda insanlara maarifləndirici təbliğat işi aparmalıdır. Sadaladığım bu iki addım atılsa, o zaman mütləq dəbdəbəli toy və yas mərasimlərinin qarşısının alınmasına təsiri olacaq".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol