Qaradağ rayonu Umbakı qəsəbəsi ərazisində baş verən güclü sel nəticəsində qəsəbəni iki hissəyə birləşdirən körpü yararsız hala düşüb.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən də aydın olur ki, körpünün sıradan çıxması ilə əlaqədar olaraq yerli sakinlər qarşı tərəfə keçmək üçün alternativ yol tapa bilmədiklərindən təhlükəli üsula əl atıblar. Belə ki, onlar qaz xəttinin üzərindən keçərək gündəlik ehtiyaclarını qarşılamağa çalışırlar.
Həmin görüntüləri təqdim edirik:

Şərhlər
Bəs körpünün uçma səbbini kim araşdıracaq?Axı körpünün tikintisinə xeyli dövlət vəsaiti silinib,layihə hazırlanıb.Ehtimal yağışdır,yoxsa layihənin tam yerinə yetirilməməsi və ya yeyinti?Bunu niyə müəyyən edib,itgilərin geri alınmasını düşünən yoxdur.Bunun kimi su basmalar,əmlaklara dəyən ziyan.Azərbaycan niyə bu hala salınıb?