İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın İranı "daş dövrü"nə" qaytarmaqla bağlı hədələrinin genişmiqyaslı hərbi cinayət hesab edilib-edilməyəcəyi ilə maraqlanıb.
Pezeşkian bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
İran lideri paylaşımında yazıb: "Bütöv bir milləti daş dövrünə qaytarmaq təhdidi, genişmiqyaslı hərbi cinayətdən başqa bir məna kəsb edirmi? Məhz bu sualı mən hüquqşünas olan finlandiyalı həmkarıma ünvanladım. Tarix cinayətkarların qarşısında susduqları üçün ağır bədəl ödəyənlərin nümunələri ilə doludur".
Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ-nin yaxın 2-3 həftə ərzində İrana qarşı zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edib və rəsmi Tehranı ölkəni "daş dövrünə" qaytarmaqla hədələyib.

Şərhlər
Tramp elə bilir iranlilar ərəblərdir.