Menu

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi

04.04.2026, 21:11
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

“AzPolitika“ "Unikal”a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.

Müşavir təyin edilən M.Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin yaxın kadrı kimi tanınır.

Maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilib.

Şərhlər

kim 2026-04-05 14:38:09

Vetene, millete xeyirli olsun

Taleh 2026-04-04 21:05:36

Bu özbaşınaığın adı nədir? Ölkə necə idarə olunur7

Xalq 2026-04-04 21:00:18

Azərbaycanda yalnız qohumlar işlə təmin olunur (ev bizim,sirr bizim prinsipi) ki,rüşvət,yığımlar,korrupsiya,büdcə mənimsəmələrinin səsi çıxmasın. Bu yuxardan aşağıya qədər belə qurulub.Buna Azərbaycansayağı "demokratiya" deyilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol