Əfqan Sadıqov Azərbaycana deportasiya edilib.

Bu barədə APA-ya onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, Əfqan Sadıqov ölkəyə gətirilib və Dövlət Miqrasiya Xidmətində dindirilib.

O qeyd edib ki, Əfqan Sadıqov günün ikinci yarısında sərbəst buraxılıb. 

*** 

Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.

Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.