Menu

Tramp İranla danışıqlar üçün son tarixi yenə uzatdı - "Sabah üçün yaxşı şans var"

05.04.2026, 21:43
Tramp İranla danışıqlar üçün son tarixi yenə uzatdı - "Sabah üçün yaxşı şans var"

Trampın İrana verdiyi möhlət çərşənbə axşamı 20:00-a qədər uzadılıb.

Bunu ABŞ prezidenti Donald Tramp öz “X” hesabında bildirib.

“Çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00!”, - o yazıb.

Tramp bazar günü "Fox News" telekanalına "sabah sövdələşmə bağlamaq üçün yaxşı şans" olduğunu bildirib.

"Əgər onlar sazişi bağlamasalar - özü də tez bir zamanda - mən hər şeyi partlatmaq və nefti nəzarətə götürmək imkanını nəzərdən keçirirəm... Düşünürəm ki, sabah üçün yaxşı şans var, danışıqlar elə hazırda da gedir", - Tramp vurğulayıb.

Qeyd edək ki, əvvəlki son tarix bazar ertəsi saat 20:00 idi.

"AzPolitika.info"

Şərhlər

sadiq 2026-04-05 23:13:33

deyir iran neftini nəzarətə götürəcəyəm. bu başqasının malını quldurluqla əlindən almaq kimi bir şeydir. yəni cinayətkarlıqdır

Vətəndaş 2026-04-05 22:03:56

10 minlərlə kilometr gəlib İranı məğlub etmək mümkün deyil. Avropa da Trampdan imtina etdilər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol