İran Silahlı Qüvvələri ölkə ərazisində baş vermiş insidentlə bağlı yeni açıqlama yayıb.
"AzPolitika" “Tasnim” agentliyinə istinadən xəbər verir ki,rəsmi məlumata görə, qəzaya uğrayan “F-15E” qırıcı təyyarəsinin ikinci pilotunun xilas edilməsi əməliyyatı zamanı ABŞ-yə məxsus daha bir “C-130 Hercules” hərbi nəqliyyat təyyarəsi hədəfə alınıb.
Məlumatı İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının nümayəndəsi İbrahim Zülfəqari açıqlayıb. Onun sözlərinə əsasən, aparılan araşdırmalar nəticəsində İran ordusunun həyata keçirdiyi əməliyyatlar çərçivəsində ümumilikdə ABŞ-yə məxsus iki “C-130” nəqliyyat təyyarəsi və iki “Black Hawk” helikopteri məhv edilib.
"AzPolitika.info"

Şərhlər