Rusiyanın İrana yeni kəşfiyyat məlumatları ötürdüyü bildirilir.

"The Jerusalem Post" qəzetinin Ukrayna kəşfiyyatına yaxın mənbəyə istinadən yaydığı xəbərə görə, Rusiya kəşfiyyatı İsrailin enerji infrastrukturuna aid 55 kritik hədəfin detallı siyahısını İrana təqdim edib.

Məlumata əsasən, Moskva ilə Tehran arasında ötürülən bu məlumatların İranın İsrailin enerji şəbəkəsinə qarşı raket hücumları həyata keçirməsinə imkan yarada biləcəyi bildirilir.

Məlumata əsasən, 21–31 mart tarixləri arasında Rusiya peykləri Yaxın Şərqin 11 ölkəsində yerləşən 46 obyekt üzrə çəkilişlər aparıb. Hədəflər arasında ABŞ hərbi bazaları, hava limanları və neft yataqları olub. Bildirilir ki, çəkilişlərdən cəmi bir neçə gün sonra həmin obyektlər İranın ballistik raketləri və dronlarının zərbəsinə məruz qalıb.

9 çəkiliş “THAAD” radar sistemlərinin yerləşdiyi Səudiyyə Ərəbistanın ərazisi ilə bağlı olub. BƏƏ, İordaniya, Türkiyə, Küveyt, İsrail, Qətər, İraq, Bəhreyn ərazilərindəki obyektlər və "Dieqo-Qarsiya" bazası da müşahidə altına alınıb.

Hesabatda qeyd olunur ki, müəyyən edilən hədəflər strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölünüb. 

Birinci kateqoriyaya ölkənin enerji sistemini iflic edə biləcək əsas istehsal obyektləri daxildir.

İkinci kateqoriyada İsrailin mərkəzində yerləşən və böyük yaşayış məntəqələrinə xidmət göstərən sənaye və iri şəhər enerji mərkəzləri yer alır. 

Üçüncü kateqoriyaya isə sənaye zonalarını və kiçik elektrik stansiyalarını dəstəkləyən transformator yarımstansiyaları da daxil olmaqla yerli infrastruktur obyektləri aid edilir.

"AzPolitika.info"