İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin qəbul etdiyi şərtləri açıqlayıb.
"Report" "Fars" Xəbər Agentliyinə istinadən xəbər verir ki, bəyanatda ABŞ Prezidenti Donald Trampın Tehranın 10 bəndlik təklifini qəbul etdiyi iddia olunur.
"Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb, İslam Respublikası Amerikanı 10 maddəlik planını qəbul etməyə məcbur edib", - bəyanatda bildirilib.
AMTŞ İranın Ağ Evə təkliflərini də açıqlayıb: "Bu planda Amerika təcavüz etməməyə, İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsinə, uranın zənginləşdirilməsini qəbul etməyə, bütün sanksiyaların ləğvinə, BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə qəbul olunan bütün qətnamələrə son qoymağa, İrana dəymiş zərəri ödəməyə, ABŞ ordusunun bölgədən çıxarılmasına və bütün cəbhələrdə, o cümlədən Livanın islami müqavimətinə ("Hizbullah") qarşı müharibəni dayandırmağa öhdəlik götürüb".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.

Şərhlər
Hərbi Generaliteti və obyektləri tam dağıdılmış, strateji nəqli keçidləri, sənaye obyektləri dağıdılmış, hədsiz itgilərə məruz İranı demək olar ki, bütün hərbi zərbələrini dəf etmiş İsrail və ya çox uzaq toxunulmaz hərbi güc qarşısında necə qalib sanmaq olar? Axı, Tehran uzun illər onları bərpa edə bilməyəcək? Bəlkə, qalan dünya dövlətləri Tehranın düşmənləri ilə hər hansı tərəfdaşlıqdan uzun illər imtina etsələr?
ABŞ Prezidenti Donald Trampın Tehranın 10 bəndlik təklifini qəbul etdi