Menu

Zərifə Əliyeva küçəsinin sakinləri kömək gözləyir – Evlər su altındadır + VİDEO

13.04.2026, 21:44
Zərifə Əliyeva küçəsinin sakinləri kömək gözləyir – Evlər su altındadır + VİDEO

Aprelin əvvəlində Bakıda yağan yağışların fəsadları hələ də tam aradan qaldılmayıb. Paytaxt ətrafında bəzi qəsəbələrdə sakinlər evlərə, yollara yığılmış sel sularından əziyyət çəkir.

“AzPolitika”ya müraciət edən Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsinin sakinləri də onların sırasındadır. 

Sakinlərin “AzPolitika”ya göndəridikləri  videomüraciətdə bildirilir ki, 15 gündür mənzilləri su içərisində qalıb: “Vaxtında kömək edilib su çəkilsə idi bu vəziyyətdə olmazdı. Burada yaşayan insanlarla minlərlə manat zərər dəyib”. 

Müraciətdə aidiyyatı qurumlardan xahiş olunur ki, evlərdəki sualar tez bir zamanda çəkilsin və mənzillər dezinfeksiya edilsin.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol