“Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”.
Bu barədə Bakı Metropoliteninin yaydığı növbəti açıqlamada qeyd olunub.
Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.
***
”Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev–Nərimanov” mənzilində hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə ”Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
“Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik”, - məlumatda qeyd olunub.
***
“Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb”.
"AzPolitika" xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
“Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”, - o qeyd edib.
Qeyd edək ki, Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
"AzPolitika.info"

Şərhlər
Allah sen özün bu milleti buna rehberlik eden mesuliyyetsiz memurlardan qoru .Ümid ancaq senedir ey Ulu Tanrı.Eger en mühüm strateji obyekt olan metroda veziyyet bu seviyyededirse görün diger saheler ne gündedir.Yazığın gelsin bu millete ey Uca Yaradan.