İsrailin "Channel 14" kanalı SEPAH-a yaxın mənbəyə istinadla Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı anlaşma və fikir ayrılıqlarının siyahısını yayıb.
Mənbənin iddiasına görə, tərəflər 60% zənginləşdirilmiş uranın durulaşdırılması və “proksi qüvvələrə” silah verilməməsi kimi məsələləri müzakirə edirlər. Lakin bu addımların hələlik Müctəba Xameneyi tərəfindən təsdiqlənmədiyi bildirilir.
Kanalın məlumatına əsasən, ABŞ İran ərazisində sıfır zənginləşdirmə, nüvə obyektlərinin və sentrifuqaların sökülməsi, eləcə də tədqiqat proqramının tam dayandırılmasını tələb edir. İran tərəfi isə bu tələblərin danışıqları çətinləşdirdiyini düşünür.
Eyni zamanda, dondurulmuş aktivlərin azad edilməsi və sanksiyaların mərhələli şəkildə yumşaldılması barədə müzakirələrin getdiyi qeyd olunur. Mənbə iddia edir ki, razılaşmanı Əraqçı və Qalibaf dəstəkləsə də, son qərar SEPAH daxilində veriləcək.
"AzPolitika.info"

Şərhlər