Menu

BU XƏSTƏXANANIN DİREKTORU İŞDƏN ÇIXDI – TƏBİB-də dəyişikliklər genişlənir

22.04.2026, 10:32
BU XƏSTƏXANANIN DİREKTORU İŞDƏN ÇIXDI – TƏBİB-də dəyişikliklər genişlənir

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

"AzPolitika" xəbər verir ki, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev də işdən çıxıb.

P.Hacıyevin işdən azad olması üçün ərizəni aprel ayının 8-də, Anar Bayramov TƏBİB-in rəhbəri təyin edilməmişdən öncə yazıb.

Tanınmış həkim bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunmuşdu.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol