“The Wall Street Journal” qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp İranın maliyyə imkanlarını sarsıtmaq üçün iqtisadi və dəniz təzyiqinin davam etdirilməsini seçib.

Məlumatda qeyd olunur ki, bazar ertəsi Ağ Evdə keçirilən görüş də daxil olmaqla son müzakirələrdə Tramp İran limanlarına gedən və İran limanlarından çıxan gəmilərin hərəkətinin dayandırılması yolu ilə neft ixracına təzyiqin artırılmasına qərar verib.

Mənbələrin bildirdiyinə görə, Tramp bu strategiyanı münaqişənin yeni mərhələsi kimi qiymətləndirir və hesab edir ki, digər variantlar – bombardmanın davam etdirilməsi və ya münaqişədən tam çəkilmək – uzunmüddətli mühasirədən daha risklidir.

"AzPolitika.info"