Menu

Belarus buna qadağa qoydu - Rusiyalıların daha bir yolu kəsildi

29.04.2026, 13:06
Belarus buna qadağa qoydu - Rusiyalıların daha bir yolu kəsildi

Belarus Rusiya ilə vahid sərhəd nəzarəti məlumat bazası yaradıb. Artıq Rusiyada elektron hərbi çağırış vərəqəsi alan Rusiya vətəndaşları Belarus vasitəsilə xaricə çıxa bilməyəcəklər. 

“AzPolitika” xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin nümayəndəsi “Belsat”-a bildirib.

"Səyahət qadağandırsa, bütün suallar Rusiya Federasiyasına ünvanlanmalıdır. Əgər şəxs məlumat bazasındadırsa, o, buraxılmayacaq. Əgər onlar çıxışı məhdudlaşdırılanların məlumat bazasında deyillərsə, biz onları buraxacağıq", - deyə nümayəndə bildirib.

Rusiya vətəndaşlarının elektron çağırış vərəqəsi aldıqdan sonra Belarusu tərk etməsinə qadağa qoyulması ilə bağlı ilk hal aprelin 27-də qeydə alınıb.

“AzPoliktika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol