Menu

“Space” televiziyasına yeni direktor təyin edildi - Ayaz Mustafayev kimdir?

04.05.2026, 21:08
“Space” televiziyasına yeni direktor təyin edildi - Ayaz Mustafayev kimdir?

Ayaz Mustafayev “Space” televiziyasına direktor təyin edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə  “Space” televiziyasından məlumat verilib.

Qeyd edilib ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb. 

Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol