Menu

Türkiyə və İndoneziya arasında tarixi müqavilə - Bu PUA-lar ilk dəfə...

06.05.2026, 16:25
Türkiyə və İndoneziya arasında tarixi müqavilə - Bu PUA-lar ilk dəfə...

"Baykar" və İndoneziya Müdafiə Nazirliyi arasında "Bayraktar KIZILELMA" pilotsuz uçuş aparatının ixracı üzrə müqavilə imzalanıb. 

Müqaviləyə əsasən, birinci mərhələdə İndoneziyaya 12 PUA təhvil veriləcək. Təhvil vermə mərhələsinin 2028-ci ildən etibarən başlaması planlaşdırılır.

Bu barədə danışan müdafiə sənayesi rəhbəri Haluk Görgün "Baykar" adına tarixi bir müqavilə imzaladıqlarını deyib.

"Məqsədimiz 2028-ci ildən başlayaraq 12 PUA təhvil verməkdir. Ümid edirəm ki, bu müqavilə ölkələrimiz üçün faydalı və xeyirli olacaq", - deyə o qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol