Rusiya lideri Vladimir Putinin Çinə səfəri zamanı illər sonra diqqət çəkən bir görüş baş tutub.
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya lideri 2000-ci ildə Çinə ilk rəsmi səfəri zamanı Pekində tanış olduğu Pen Pay adlı şəxslə 26 ildən sonra yenidən görüşüb.

Qeyd edək ki, 2000-ci ilin iyulunda Putin Pekindəki Beihai Park parkında ailəsi ilə gəzən 12 yaşlı Pen Payla qarşılaşıb və onunla foto çəkdirib.
26 ildən sonra baş tutan yeni görüş isə Putinin Çinə iki günlük rəsmi səfəri çərçivəsində Pekində yerləşən Diaoyutai State Questhouse iqamətgahında keçirilib. Görüş zamanı tərəflər uzun müddət söhbət edib, bir-birinə hədiyyələr təqdim ediblər. Putin həmçinin 2000-ci ildə çəkilmiş fotonu imzalayıb.

Penq Pay Putinlə söhbət əsnasına deyib:"Cənab Prezident Putin, siz hələ də eyni görünürsünüz. Amma mən balaca oğlandan qarınlı, orta yaşlı bir kişiyə çevrilmişəm”.
Hazırda inşaat mühəndisi kimi çalışan Pen Pay bildirib ki, uşaqlıqda yaşadığı həmin görüş onda Rusiyaya böyük maraq yaradıb. O, bu marağın təsiri ilə 2007-2013-cü illərdə Moskva şəhərində universitetdə körpü və tunel mühəndisliyi üzrə təhsil alıb.
Pen Pay qeyd edib ki, Rusiyada keçirdiyi illər ona ölkənin tarixi, mədəniyyəti və insanları barədə fərqli baxış qazandırıb. Təhsilini başa vurduqdan sonra Çinə qayıdan mühəndis beynəlxalq layihələrdə çalışdığını və Çin-Rusiya əməkdaşlığının daha da inkişaf etməsini istədiyini deyib.
İki uşaq atası olan Pen Pay gələcəkdə ailəsi ilə birlikdə yenidən Moskvaya səfər etməyi və uşaqlarına Rusiyada yaşadığı xatirələri göstərməyi planlaşdırdığını bildirib.
"AzPolitika.info"

Şərhlər