Menu

Nərimanovda çirkab suları küçəyə axır – "Dəfələrlə müraciət etmişik" (Fotolar, VİDEO)

02.06.2026, 12:51
Nərimanovda çirkab suları küçəyə axır – "Dəfələrlə müraciət etmişik" (Fotolar, VİDEO)

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 42a ünvanında kanalizasiya sistemi tutulub, çirkab suları küçələrə axır. Küçədə yerləşən binaların zirzəmiləri də zibillə dolub-daşır, amma aidiyyəti qurumlar hələ ki problemə reaksiya vermirlər.

Bu barədə adıçəkilən ünvanda yaşayan sakinlər “AzPolitika”ya göndərdikləri müraciətdə bildirirlər. Redaksiyamıza təqdim edilən foto və videolarda küçədə vəziyyətin acınacaqlı olduğu aydın görünür.

“Bütün məhəllə antisanitariya içərisindədir, keçmək olmur, iy-qoxu ətrafı bürüyüb, aidiyyəti qurumlara dəfələrlə müraciət etsək maraqlanan olmayıb”.

Sakinlər “AzPolitika” vasitəsi ilə problemi ictimailəşdirib müvafiq qurumlardan problemi həll etməyi xahiş edirlər.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol