Menu

"Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir" - ADY rəsmisi

07.06.2026, 14:27
"Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir" - ADY rəsmisi

Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil.

"Report" xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O, qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol