Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını tənqid edib.
“AzPolitika” xəbər verir ki, Papuaşvili gürcü mediasında yayımlanan bəyanatında Aİ-ni Ermənistanda müxalifət üzvlərinin saxlanılması ilə bağlı susqunluqda qınayıb: "Seçkilərdən əvvəl Ermənistanda onlarla müxalifət siyasətçisi saxlanılıb və Avropa İttifaqı bu fakta reaksiya verməyib. Əgər kimsə cinayət törədibsə, saxlanılmalıdır. Qanunun aliliyi budur. Əgər bu, Vaşinqton, Berlin və İrəvan üçün yaxşıdırsa, Tbilisi üçün də yaxşı olmalıdır. Hər bir cinayət işinin arxasında prokurorluğun ittiham aktı və Strasburqun təcrübəsi dayanır ki, bu da Gürcüstan ədalətinin düzgünlüyünü təsdiqləyir".
Bununla da Gürcüstan parlamentinin spikeri demək istəyib ki, Gürcüstanda siyasi fəallar həbs ediləndə hay-küy qaldıran Avropa İttifaqı Ermənistanda eyni hala göz yummaqla ikili standartlara yol verir.
“AzPolitika.info”

Şərhlər