KXDR hakimiyyəti Bernin Şimali Koreya uşaq düşərgəsinə sanksiyalar tətbiq etməsinə cavab olaraq Pxenyandakı İsveçrə diplomatik nümayəndəliyini bağlamaq və rəhbərini ölkədən çıxarmaq qərarına gəlib.
Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi KXDR-in Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Beləliklə, Pxenyan İsveçrə hakimiyyətinin sanksiya qərarına cavab olaraq diplomatik tədbirlər görüb. /"Report"


Şərhlər