Menu

"Dəmir yolu xətti üçün hazırlıq işləri görülür" - Kostanyan

25.11.2026, 00:06
"Dəmir yolu xətti üçün hazırlıq işləri görülür" - Kostanyan

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanılmasının planlaşdırıldığını açıqlayıb.

"AzPolitika" xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai Televiziyasına (OTA) müsahibəsində deyib.

V.Kostanyan bildirib ki, ötən gün Sünik vilayətində (Zəngəzur – red.) lentə alınan və sosial şəbəkələrdə yayılan görüntülərdə gələcək dəmir yolu xəttinin çəkiləcəyi ərazidə aparılan təmizləmə işləri əks olunub. Onun sözlərinə görə, hazırda layihənin icrasına başlamaq üçün zəruri hazırlıq tədbirləri görülür.

Xatırladaq ki, TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat kommunikasiyasının Ermənistan ərazisindən keçən hissəsini də əhatə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol