Menu

Balakəndə 66 yaşlı kişi bıçaqlandı - Şübhəli qardaşıdır

24.11.2026, 23:50
Balakəndə 66 yaşlı kişi bıçaqlandı - Şübhəli qardaşıdır

Balakəndə qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"AzPolitika" xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Məhəmməd Malahovun 1960-cı il təvəllüdlü qardaşı Sədrəddin Malahova bıçaq xəsarəti yetirdiyi bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Məhəmməd Malahov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol