Ukrayna Krım körpüsünü ardıcıl zərbələrlə qismən dağıtdıqdan və körpü üzərindəki avtomobil yolunu sıradan çıxardıqdan sonra yarımadaya gedən yeganə quru yolu da şiddətli şəkildə vurmağa başlayıb.
“AzPolitika” xəbər verir ki, sosial mediada Mariupol və Cankoy arasındakı P-280 ("Novorossiya") şossesində Ukrayan PUA-larının yandırdığı xeyli sayda yük maşınlarının görüntüləri yayımlanıb.
Məlumata görə, son iki gündə Ukrayna dronları Krıma aparan R-280 "Novorossiya" quru yolunda Rusiya yük maşınlarına və yanacaq daşıyan maşınlara qarşı bir sıra zərbələr endirib.
Orta mənzilli dron zərbələri əsasən işğal altındakı Melitopoldan Berdyansk və Çonqar istiqamətində uzanan yolda ağır tonnajlı nəqliyyat vasitələrini, hərbi karvanları və yanacaq maşınlarını hədəf alır. “R-280” şossesi artıq sürücülər üçün son dərəcə təhlükəli hala gəlib. Onlara mümkün olduqda səyahətdən çəkinmələri, qaranlıq düşəndən sonra avtomobil idarə etməmələri və yük maşınlarından maksimum məsafə saxlamaları tövsiyə olunur.
“AzPolitika.info”


Şərhlər