Menu

Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu

24.11.2026, 22:59
Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"AzPolitika" xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyev yaşadığı evin həyətindəki 30 metr dərinliyi olan su quyusuna düşərək boğulub.

Meyitin quyudan çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol