Menu

Türkiyədə helikopter qəzası nəticəsində 5 hərbçi həlak olub - Yenilənib

24.11.2026, 22:33
Türkiyədə helikopter qəzası nəticəsində 5 hərbçi həlak olub - Yenilənib

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub.

"AzPolitika" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Hazırda qəzanın başvermə səbəbi barədə araşdırma aparılır. Həlak olan hərbçilərin şəxsiyyəti dəqiqləşdirilir.

****

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, AS-532 tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata görə, helikopterin qalıqları aşkarlanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın səbəbi və mümkün itkilər barədə hələlik əlavə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol