Menu

Türkiyənin sabiq xarici işlər naziri vəfat etdi

24.11.2026, 21:15
Türkiyənin sabiq xarici işlər naziri vəfat etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, keçmiş xarici işlər naziri Hikmət Çətin 89 yaşında vəfat edib.

"AzPolitika" xəbər verir ki, siyasətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hikmət Çətin ötən ilin oktyabrında soyuqdəymə və pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bir müddət reanimasiya şöbəsində müalicə alan siyasətçi 2025-ci ilin oktyabr ayının sonunda evə buraxılmışdı.

2026-cı ildə yenidən xəstəxanaya yerləşdirilən Hikmət Çətinin müalicəsi İstanbulda davam etdirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol