Menu

AKP-də yüksək vəzifəli şəxs istefa verdi - Hayati Yazıcı bütün postlarını tərk etdi

24.11.2026, 22:27
AKP-də yüksək vəzifəli şəxs istefa verdi - Hayati Yazıcı bütün postlarını tərk etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıcı partiyadakı bütün vəzifələrindən istefa verib.

"AzPolitika" xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

H.Yazıcı partiyanın Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK), eləcə də Mərkəzi İcraiyyə Komitəsinin (MYK) üzvlüyündən ayrıldığını bildirib. O, açıqlamasında bu qərarının siyasi etika və məsuliyyət anlayışından irəli gəldiyini qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Hayati Yazıcının oğlu Mustafa Yazıcının adı fond qalmaqalı ilə bağlı aparılan araşdırmada hallanıb. Onun digər şəxslərin adlarından istifadə edərək "Adil Katılım Bankı"nı qanunsuz şəkildə təsis etdiyi iddia olunur. İstintaq çərçivəsində iki dəfə prokurorluqda ifadə verən Mustafa Yazıcı barəsində sonuncu dindirilmədən sonra ölkədən çıxış qadağası və həftədə iki dəfə imza atmaq şərti ilə məhkəmə nəzarəti tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol