Masazır qəsəbəsində qeydə alınan yol-nəqliyyat hadisəsi tərəflər arasında ciddi mübahisəyə səbəb olub.

"AzPolitika" “Baku TV”yə istinadən xəbər verir ki, "Kia” markalı avtomobilin sürücüsü yaşıl işıq siqnalı ilə əsas yola daxil olmaq istəyərkən “Mercedes” markalı avtomobil onun hərəkətinə mane olub.

“Kia”nın sürücüsü bu davranışa etiraz etdikdə, qarşı tərəfin sürücüsü aqressiv reaksiya verərək onu təhqir edib. İddialara əsasən, daha sonra “Mercedes”in sürücüsü avtomobili qəsdən “Kia”ya çırparaq nəqliyyat vasitəsinə ziyan vurub.

Hadisə nəticəsində avtomobilə təxminən 2 min manat məbləğində maddi zərər dəydiyi bildirilir. Zərərçəkənin sözlərinə görə, ətrafda olan şəxslər də sürücünün hərəkətlərinə etiraz etsələr də, həmin şəxs onlara qarşı da aqressiv davranıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisənin təfərrüatları “Baku TV”nin hazırladığı süjetdə yer alıb.